Əliyev Putinə başsağlığı verdi

eliyev-putine-bassagligi-verdi
Oxunma sayı: 2404

Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.

"Qafqazinfo" xəbər verir ki, başsağlığı məktubunda qeyd olunur:

"Hörmətli Vladimir Vladimiroviç,

Vorkutadakı “Severnaya” şaxtasında partlayışlar nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm".