Əliyev Ruhaniyə başsağlığı verdi

eliyev-ruhaniye-bassagligi-verdi
Oxunma sayı: 776

Prezident İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə mədəndə baş verən faciə ilə bağlı başsağlığı verib. "Qafqazinfo" xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Gülüstan vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"