“Əliyev və Sarkisyan danışıqları sürətləndirmək istəyir” - - Uorlik

eliyev-ve-sarkisyan-danisiqlari-suretlendirmek-isteyir-
Oxunma sayı: 1111


Ötən həftə Vaşinqtonda Ermənistan prezidenti ilə görüşündə də Uorlik Qarabağ münaqişəsinin dinc yolla həllinin mümkün yollarını müzakirə etdiklərini vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri danışıqları intensivləşdirmək niyyətindədirlər:

“Prezidentlərin görüş tarixi hələ müəyyən edilməyib, lakin hər iki dövlət başçısı dialoqu intensivləşdirmək istəklərini  ifadə etdilər. Biz tez zamanda prezidentlərin görüşünü hazırlamaq üçün regiona səfər edəcəyik

Hesab edirəm ki, prezident Əliyev və Sarkisyan münaqişənin razılaşdırılmış həllini tapmaq istəyirlər. Bu münaqişə artıq uzun müddətdir ki davam edir və çox insan həlak olub. İstəyirik ki, buna son qoyulsun”.