“Qafqazinfo”nun musavat.com-a istinadən verdiyi xəbərə görə, təmas xəttində situasiyanın kəskinləşməsi fonunda həmsədrlər Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü hazırlayırlar.
BMT Baş Məclisinin sessiyası gələn ayın sonunda öz işinə başlayacaq. Sessiyada Azərbaycan prezidenti İlham Əliyevin də çıxışı gözlənilir.
Xatırladaq ki, vasitəçilər prezidentlərin sessiyası çərçivəsindəki görüşünü aylar idi ki, hazırlayırdılar.
Son xəbərlər
Son Xəbərlər