Əliyev Xorvatiya prezidenti ilə görüşüb - Fotolar+Yenilənib

eliyev-xorvatiya-prezidenti-ile-gorusub
Oxunma sayı: 10856

Xorvatiyada rəsmi səfərdə olan prezident İlham Əliyevin sentyabrın 6-da rəsmi qarşılanma mərasimi olub.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç dövlət başçısı İlham Əliyevi qarşılayıb.

***

Sənədlərin imzalanması mərasimindən sonra prezident İlham Əliyev və həmkarı Kolinda Qrabar-Kitaroviç mətbuata bəyanatlarla çıxış ediblər.

***

Prezident İlham Əliyev Zaqrebdə “Xorvatiya Qurbanlarının Səsi-Ağrı Divarı” abidəsini ziyarət edib.