Azərbaycan Prezidenti İlham Əliyev İsveçin Kralı XVI Karl Qustava məktub ünvanlayıb.
“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:
“İsveç Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İsveç xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
Son xəbərlər
Son Xəbərlər