Əliyevdən Yunanıstan prezidentinə təbrik məktubu

eliyevden-yunanistan-prezidentine-tebrik-mektubu
Oxunma sayı: 786

Prezident İlham Əliyev yunanıstanlı həmkarı Prokopis Pavlopulosa təbrik məktubu yollayıb. 

"Qafqazinfo" AzerTac-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafı, əməkdaşlığımızın genişlənməsi bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".