“Əliyevlə Ərdoğanın qardaş kimi qucaqlaşması...” - Prezidentin müşaviri

eliyevle-erdoganin-qardas-kimi-qucaqlasmasi
Oxunma sayı: 2094

“Ermənistan hərbi qüvvələri heç bir şərt irəli sürmədən Azərbaycan torpaqlarını dərhal tərk etməlidir”.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rəcəb Tayyib Ərdoğanın müşaviri Yalçın Topçu Azərbaycanın Ankaradakı səfiri Faiq Nüsrət Bağırovu ziyarət edərkən bildirib.

“Azərbaycan və Türkiyədə yaşayanlar belini bir-birinə söykəmiş əkiz qardaşlardır. Belə ki, bir qardaşın əlinə tikan batanda digəri necə hiss edirsə, Azərbaycanın başına hər hansı hadisə gəldikdə biz də burada ürəyimizlə hiss edirik. Eləcə də bizə bir şey olanda azərbaycanlı qardaşlarımızın ürəyi yanır. Buna ən gözəl nümanə kimi Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə son səfərini göstərmək olar. Hər iki dövlət başçısının qardaş kimi qucaqlaşması dost və düşmənə qarşı verilmiş önəmli bir mesaj idi”., - deyə Y. Ropçu söyləyib.