Əliyevlə Sarkisyan yenidən görüşür - Bu dəfə Fransada

eliyevle-sarkisyan-yeniden-gorusur
Oxunma sayı: 3199

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü Fransada keçirilə bilər.

QafqazinfoErmənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın strateji araşdırma Fondunun eksperti Kayç Minasyan məlumat verib:

“Lakin buna qədər müəyyən etmək lazımdır ki, bu görüşə kim rəhbərlik edəcək: Fransanın xarici işlər naziri Jan Mark Eyro, yoxsa Fransanın Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir və ya prezident Fransua Olland.

Eyni zamanda, bu görüşdə ATƏT-in Minsk qrupu ölkələrinin XİN rəhbərləri – Lavrov və Kerrinin də iştirakı dəqiqləşdirilməyib”.