“Əliylə görüşə aldığım boyunbağını taxırsan” - Naza görə qalmaqal

eliyle-goruse-aldigim-boyunbagini-taxirsan
Oxunma sayı: 3434

Türkiyədə yayımlanan “Zuhal Topal”la izdivac proqramında növbəti qalmaqal meydana gəlib.

Qafqazinfo” xəbər verir ki, həmyerlimiz Naz Milana üçün Bakıdan Türkiyəyə gedən Əli Əkbər arasında sevgi yaranmağa başlayıb.

Nazın eks-nişanlısı Baha isə qısqanmağa başlayıb.

Bəy namizədi verilişdə deyib ki, Naz hələ onu unutmayıb:

“Səni qısqanmıram, hələ də səni sevdiyimi düşünürsən. Bu səni xoşbəxt edir. Ancaq sən Əliylə görüşə gedəndə mən aldığım boyunbağını taxırsan”.

Tərəflər arasında gərginlik artmağa başlayıb. Baha əsəbiləşərək verilişi tərk edib.