Əllərini yumaq istədi, kanala düşüb boğuldu

ellerini-yumaq-istedi-kanala-dusub-boguldu
Oxunma sayı: 955

Qazax rayonunda kişi bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, rayonun Xanlıqlar kənd sakini, 1971-ci il təvəllüdlü Nadir Bağırov özünə məxsus torpaq sahəsində təsərrüfat işləri gördükdən sonra sahənin kənarından keçən “Ağstafaçay” su anbarından ayrılan kanalda əllərini yumaq istəyərkən yıxılaraq düşüb və boğulub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.