“Qafqazinfo"ya açıqlamasında E. Fəttah aksiya iştirakçılarının partiya üçün fəaliyyət göstərmək məqsədində olmadığını deyib:
“Qətnamədə tələblərini dedilər, biz o məsələlərə baxacağıq. Düşünmürəm ki, hansısa haqlı tələbləri var. Çünki bu insanlar bütün fəaliyyətlərini 9 aydır ki, Müsavat Partiyasının əleyhinə qurublar. Əvvəlki dövrlərdə biz hesab elədik ki, yəqin, müəyyən narazılıqlar var. Bunu araşdırmaq lazımdır. Məsələni araşdırandan sonra bir çox vədlərini həll etməyə çalışdıq. Ancaq daha sonra bizə məlum oldu ki, onlar rejimin Müsavat partiyasının içinə yeritdiyi agentura şəbəkəsidir. Bütün hallarda Müsavat partiyasına qarşı çıxmağı məqsəd qoyublar. Heç təsadüfi deyil ki, Fərəc Kərimliyə 6 il 6 ay hökm oxunduğu gün belə bir tədbir təşkil olunub. Bu, həm Fərəc Kərimliyə verilmiş hökmün, həm də etirazın bir mərkəzdən təşkil olunduğunun sübutudur. Məqsəd Fərəc Kərimliyə verilmiş hökmü kölgədə saxlamaqdır.
Gördüyünüz şəxslər ola bilər ki, texniki cəhətdən hələ Müsavat partiyasının üzvü sayılır, ancaq onlar indi partiyaya qarşıdırlar, ələ alınmış şəxslərdir. Onların bu vəziyyətə düşməsinə mən sadəcə təəssüf edirəm. Məqsədləri partiyamıza qarşı olmaqdırsa, elə YAP daxil olmaqla digər çoxsaylı qüvvələr var ki, bizə qarşı fəalliyyət göstərir. Gedib onlarla fəaliyyətlərini davam etdirə bilərlər”.
Son xəbərlər
Son Xəbərlər