Elman koreyalı modellə evləndi - Fotolar

elman-koreyali-modelle-evlendi
Oxunma sayı: 7934

Rusiyada populyar olan azərbaycanlı müğənni Elman Zeynalov koreyalı model Marqarita Tsoi ilə ailə qurub.

“Qafqazinfo” xəbər verir ki, cütlük bir neçə gün bundan əvvəl münasibətlərini rəsmiləşdirib. 

Hər iki tanınmış şəxs nikahdan çəkilən fotoları sosial şəbəkədə paylaşıb. Elman və Tsoinin özəl günündə yaxın dostları və ailə üzvləri iştirak edib.

Qeyd edək ki, model “Dom 2” yarışmasının iştirakçısı Maksim Vaytexoviskinin keçmiş xanımıdır. Marqaritanın hazırda Moskvada gözəllik salonu var.