Elman Paşayev başqasının mənzilini qanunsuz özəlləşdirməkdə ittiham olunur

elman-pasayev-basqasinin-menzilini-qanunsuz-ozellesdirmekde-ittiham-olunur
Oxunma sayı: 3543

Ölümlə nəticələnən yol qəzası hadisəsi ilə bağlı gedən məhkəmə prosesində aktyor Mixail Yefremovu müdafiə edən azərbaycanlı vəkil Elman Paşayev Moskvada başqasının mənzilini qanunsuz özəlləşdirməkdə ittiham olunub. “Qafqazinfo” bildirir ki, bu barədə “TASS” xəbər verib.

Vəkil Vladimir Slaşyovun sözlərinə görə, Paşayev 1997-ci ildə ruhi xəstəlikdən əziyyət çəkən Yelizaveta Kirsanovanın mənzilində saxta yolla qeydiyyatdan keçib, sonra isə onun mənzilini özəlləşdirərək qadını evsiz qoyub. Qadının ailəsi mənzili geri almaq üçün 20 ildir Paşayevlə mübarizə aparır.

Paşayev özü bunu axmaqlıq və cəfəngiyat adlandırıb. Eyni zamanda, hüquq-mühafizə orqanları bu məlumatları yoxlayır.