Sabiq vəkil Elman Paşayevin digər cinayət versiyalarında iştirakı araşdırılır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.
“Cinayət işində digər dələduzluq hallarının olması da mümkündür. Araşdırma davam edir”, - agentliyə məlumat verilib.
Qeyd edək ki, Rusiya İstintaq Komitəsi Paşayevə qarşı Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi ilə (xüsusilə külli miqdarda dələduzluq) cinayət işi açıldığını, onun 300 min dollar və 18,5 milyon rubl qarşılığında bloqer Aleksey Blinovski və həyat yoldaşını cinayət təqibindən azad edəcəyinə söz verdiyini bildirib. O, sentyabrın 18-i Moskvada istintaq təcridxanasına göndərilib.