Elman Rüstəmov Beynəlxalq Valyuta Fondunun nümayəndə heyətini qəbul edib

elman-rustemov-beynelxalq-valyuta-fondunun-numayende-heyetini-qebul-edib
Oxunma sayı: 639

AMB-dən “Qafqazinfo”ya verilən məlumata görə, görüş zamanı E. Rüstəmov ölkədə hazırki makroiqtisadi vəziyyət, 2012-ci il üçün pul və məzənnə siyasəti, maliyyə sabitliyinin gücləndirilməsi istiqamətində görülmüş tədbirlər barədə məlumat verib.
Görüşdə həmçinin dünyada gedən son iqtisadi proqreslər və onların Azərbaycana potensial təsiri, adekvat siyasət reaksiyası barədə məsələlər müzakirə edilib.
Öz növbəsində Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Nadim İlahi 2011-ci ildə ölkəmizdə müşahidə olunan iqtisadi artım, makroiqtisadi və maliyyə sabitliyini müsbət qiymətləndirib. Bu nəticələrə nail olunmasında Mərkəzi Bankın yürütdüyü pul və məzənnə siyasətinin rolunu qeyd edib.

Nigar Məmmədli