Elman Rüstəmovun Avropada məhkəməsi, qızının dəfiləsi...

elman-rustemovun-avropada-mehkemesi-qizinin-defilesi
Oxunma sayı: 3461



Bir-birindən fərqli kolleksiyalar təqdim edən modelyerin geyimləri bəyənilib. Dünyaca məşhur model Koko Roşa G.Rüstəmovanın dəfiləsində səhnəyə çıxıb. 

Qeyd edək ki, Günel Rüstəmova Londonda “Central Saint Martins” universitetinin dəb fakültəsini yüksək dərəcəli diplomla bitirib. O həm də rəssam kimi fəaliyyət göstərir. 

Günel Rüstəmova Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızıdır

Bu arada onu da əlavə edək ki, yerli mətbuatda  fevralın 17-də Avstriyanın paytaxtı Vyanada Mərkəzi Bankın sədri Elman Rüstəmovun adı keçən cinayət işi üzrə məhkəmə prosesinin başlayacağına dair məlumat yayılıb. Söhbət Avstriya Mərkəzi Bankının “Oesterreichische Banknoten-und Sicherheitsdruck GmbH” (OeBS) adlı törəmə şirkətinin Azərbaycan və Suriya üçün pul əskinaslarının çapına dair bu ölkələrdə müqavilələr bağlamaq üçün həmin dövlətlərin Mərkəzi bank rəhbərlərinə rüşvət verilməsindən gedir.