Elman Türkoğlu məhkəməyə müraciət etdi

elman-turkoglu-mehkemeye-muraciet-etdi
Oxunma sayı: 1178


Elman Türkoğlu deyib ki, yaxın günlərdə onun haqqında şaiyə yayan adamları məhkəməyə verəcək: “Mənim haqqımda bu şaiyəni yayan adamlar Əli Kərimli, Natiq Ədilov və Xədicə İsmayılovadır . Onlar bu şaiyənin yayılmasında "Azadlıq" qəzetindən də istifadə ediblər. Ona görə də bu adamları və"Azadlıq" qəzetini məhkəməyə verəcəyəm. Mən Milli Azadlıq Hərəkatı başlayan gündən, xalqımızın azadlığı üçün mücadilə aparmışam. Həmin şəxslərdən öndə olmuşam. Mənim apardığım mücadilədə heç bir təmənnam olmayıb. Ona görədir ki, məndən sonra siyasi meydana çıxanların böyük əksəriyyətinin bahalı evləri, bahalı maşınları , şəxsi mühavizəçiləri olduğu halda mən hələ də yataqxanada yaşayıram”.