Elmar Hüseynovun 47-ci doğum günüdür

elmar-huseynovun-47-ci-dogum-gunudur
Oxunma sayı: 902


“Qafqazinfo” xəbər verir ki, bir qrup şəxs Elmar Hüseynovun qəbrini ziyarət etməklə onun xatirəsini yad edəcək. 

Elmar Hüseynov 1967-ci ilin 17 iyulunda Bakıda doğulub. Onun jurnalist fəaliyyəti 1995-ci ildən başlayıb. O, «Zerkalo» qəzetində əməkdaşlıq etməklə mediaya ilk gəlişini edir.

1995-ci  ildə Elmar Hüseynov «Trend» informasiya agentliyini və gündəlik «Alver» qəzetini yaradır. Daha sonra «Geoiqtisadi araşdırmalar mərkəzinin» yaradılmasında iştirak edir.

O, 1996-cı ildən isə tənqidi «Monitor» jurnalını çıxarmağa başlayır.

Elmar Hüseynov 2005-ci il martın 2-də evinin qarşısında odlu silahla öldürülüb. Qətlin sifarişçiləri və icraçıları hələ də həbs edilməyib.

Ölümündən sonra jurnalistin həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət edib.