Elmar Məmmədyarov baş direktorla görüşdü

elmar-memmedyarov-bas-direktorla-gorusdu
Oxunma sayı: 659

Görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti müzakirə edilmiş, qonaqlara Azərbaycanın enerji strategiyası, regionda həyata keçirilən iqtisadi layihələrin əhəmiyyəti barədə ətraflı məlumat verilmişdir. Görüşdə həmçinin, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm strateji rolu vurğulanaraq, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər, iqtisadi və enerji sahələri, eyni zamanda qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun sülh yolu ilə həlli istiqamətində atılan addımlar barədə Belçikalı rəsmiyə ətraflı məlumat verilmiş, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyi vurğulanmışdır.