Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüş əsnasında nazir Elmar Məmmədyarov Azərbaycan ilə Monteneqro arasında əlaqələrin sürətlə inkişaf etdiyini və qısa müddət ərzində ikitərəfli əməkdaşlıqda böyük uğurlara imza atıldığını deyib.
Siyasi səviyyədə iki ölkə arasında qarşılıqlı anlaşmanın olduğunu deyən Baş nazir Milo Cukanoviç iqtisadi əlaqələr və investisiyaların yatırılması sahəsində Azərbaycan ilə Monteneqro arasında sıx əməkdaşlığın olmasını məmnuniyyətlə qeyd edib.
Ölkələrimiz arasında müqavilə-hüquq bazasının genişləndiyini və hökumətlərarası komissiyanın səmərəli şəkildə fəaliyyət göstərdiyini bildirən Baş nazir Milo Cukanoviç bu gün təhsil sahəsində əməkdaşlığa dair imzalanmış sazişin humanitar sahədə əlaqələrin inkişafı üçün əlverişli imkanlar yaratdığını vurğulayıb.
O, möhkəm təmələ əsaslanan Azərbaycan-Monteneqro əlaqələrinin bundan sonra yalnız yüksələn xətt üzrə inkişaf edəcəyini bildirib.
Görüşdə enerji sahəsində əməkdaşlıq, infrastruktur layihələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Son xəbərlər
Son Xəbərlər