Elmar Məmmədyarov bu gün Rusiyaya gedir

elmar-memmedyarov-bu-gun-rusiyaya-gedir
Oxunma sayı: 1471

Xarici işlər naziri Elmar Məmmədyarov Moskva şəhərində keçiriləcək MDB-ə üzv dövlətlərinin xarici işlər nazirləri şurasının iclasında iştirak etmək üçün bu gün Rusiyaya yola düşəcək.

"Qafqazinfo"ya XİN-dən daxil olan məlumata görə, iclasda MDB çərçivəsində xarici işlər nazirlikləri arasında bir çox sahələrdə məsləhətləşmələrin həyata keçirilməsinə dair 2016-cı ilin planının müzakirə olunması nəzərdə tutulub.