Elmar Məmmədyarov rəsmi görüşdə

elmar-memmedyarov-resmi-gorusde
Oxunma sayı: 752


“Qafqazinfo” xəbər verir ki, E.Məmmədyarov Azərbaycanın İƏT ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini diqqətə çatdıraraq, ölkəmizin İƏT ilə siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığının daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

Baş katib İ.Mədəni fəal üzv kimi Azərbaycanın İƏT-in fəaliyyətinin dəstəklənməsində oynadığı vacib rolunun və təşkilatın inkişafına verdiyi töhfəsinin yüksək qiymətləndirildiyini bildirib.

E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə İƏT-ə təşəkkürünü ifadə edib.

Görüş əsnasında davamlı inkişafa xidmət edən layihələrin icrası və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.