Elmar Məmmədyarov Türkiyəyə getdi

elmar-memmedyarov-turkiyeye-getdi
Oxunma sayı: 1089

Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti 12-13 aprel 2016-cı il tarixində İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının İƏT-in “Ədalət və sülh naminə birlik və həmrəylik” mövzusunda 13-cü Zirvə toplantısına hazırlıq iclasında iştirak etmək üçün Türkiyəyə yola düşüb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, iclas çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.