Elmar Məmmədyarov yeni səfiri qəbul edib

elmar-memmedyarov-yeni-sefiri-qebul-edib
Oxunma sayı: 710


“Qafqazinfo” XİN-in saytına istinadən xəbəbr verir ki, 26 avqust 2014-cü il tarixində nazir Elmar Məmmədyarov Litvanın Azərbaycana yeni təyin olunmuş səfiri Valdas Lastauskası qəbul edib.

Səfir Valdas Lastauskas etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir Elmar Məmmədyarov səfir Valdas Lastauskası təyinatı münasibətilə təbrik etmiş və ona fəaliyyətində uğurlar arzu edib. O, Azərbaycan ilə Litva arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib.  

Səfir Valdas Lastauskas səfir qismində iki ölkə arasında əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə ikitərəfli siyasi, iqtisadi, mədəni, humanitar və elmi əlaqələrin gələcək inkişaf perspektivləri barəsində fikir mübadiləsi aparılıb.