Elmar Məmmədyarov yeni səfirlərlə görüşdü

elmar-memmedyarov-yeni-sefirlerle-gorusdu
Oxunma sayı: 749

Xarici İşlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasının Azərbaycana yeni təyin olunmuş səfiri xanım Müriel Peneveyreni qəbul edib.

XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, E.Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu bildirib.

O, iki ölkə arasında siyasi dialoqun və siyasi məsləhətləşmələrin mütəmadi əsasda aparılmasının və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

M.Peneveyre ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə səfir etimadnaməsinin surətini nazirə təqdim edib.

Məmmədyarov həmçinin Malayziyanın ölkəmizə yeni təyin olunan səfiri Dato Yubazlan Bin Yusofu qəbul edib.

Görüşdə iqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün geniş potensialın mövcudluğunu bildirən tərəflər bu xüsusda enerji və nəqliyyat sektorlarını xüsusilə qeyd ediblər.

E.Məmmədyarov Dato Yubazlan Bin Yusofa diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir etimadnaməsinin surətini nazirə təqdim edib.