Elmar Qasımov istefa verdi - - AFFA-dan

elmar-qasimov-istefa-verdi-
Oxunma sayı: 6238


“Qafqazinfo” AFFA-nın saytına istinadən xəbər verir ki, Nizamnamənin 34-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq İctimai Futbol Təşklatları İctimai Birliyi İcraiyyə Komitəsində 2 üzvlə təmsil olunmalıdır.

İcraiyyə Komitəsinin üzvü Elmar Qasımov AFFA rəhbərliyinə ərizə ilə müraciət edərək işlərinin çoxluğu səbəbindən İcraiyyə Komitəsinin üzvlüyündən istefa verdiyini bildirib və istefasının qəbul olunmasını xahiş edib.

 Bununla bağlı, İctimai Futbol Təşklatları İctimai Birliyi tərəfindən təhsil nazirinin müavini Firudin Qurbanovun İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb və seçki AFFA-nın 2015-ci il martın 6-da təşkil olunacaq növbəti Konfransında keçiriləcək. Firudin Qurbanovun İK-ya namizədliyi İctimai Futbol Təşklatları İctimai Birliyinə Futbol Hakimləri Birliyindən verilib.