Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bu günlərdə ordu sıralarından tərxis olunan Elektron Tədris şöbəsinin əməkdaşı Ağasəlim Qafarovla görüşüb. “Qafqazinfo” xəbər verir ki, Elmar Qasımov Prezident İlham Əliyevin komandanlığı ilə işğal olunmuş ərazilərimizin azad olunması istiqamətində Azərbaycan əsgərlərinin, hərbçilərinin tarix yazdığını ölkəmizə qarşı davam edən ədalətsizliyin bərqərar olunmasında rəşadətlə vuruşduğunu qeyd edib.
Rektor ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə müqəddəs şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımıza Allahdan rəhmət diləyib, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib: “Siz fəaliyyət sahənizdə nizam-intizamlı, bacarıqlı və işgüzar kadr olmaqla yanaşı, döyüş meydanında layiqli vətəndaş kimi də özünüzü doğrultdunuz. BANM ailəsi olaraq sizinlə fəxr edirik!”- deyə rektor əlavə edib.
Rektor Silahlı Qüvvələrimizin sıralarına qoşularaq tarixi Zəfərimizin qazanılmasına töhfə verən A.Qafarova öz təşəkkürünü bildirib və göstərdiyi şücaət və işinə peşəkar yanaşması nəzərə alınaraq onun vəzifə dərəcəsinin artırıldığını qeyd edib.
Ağasəlim Qafarov isə öz növbəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlarda iştirak edərək əzəli torpaqlarımızın düşməndən azad edilməsində iştirak etdiyinə görə qürur duyduğunu bildirib.
Son xəbərlər
Son Xəbərlər