Elmar Qasımovdan bürünc medal

elmar-qasimovdan-burunc-medal
Oxunma sayı: 2681

Azərbaycan cüdoçusu Elmar Qasımov Türkiyənin Antalya şəhərində keçirilən “Böyük dəbilqə”ni bürünc medalla başa vurub. 

“Qafqazinfo” xəbər verir ki, 100 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançı 3-cü yer uğrunda görüşdə kanadalı Keyl Reyesə ipponla qalib gəlib. Beləliklə, milli komanda "Böyük dəbilqə"ni 1 bürünc medalla bitirib.

Qeyd edək ki, millimiz Antalyada 17 cüdoçu ilə təmsil olunurdu.