Ağacəkmə aksiyası ümumilikdə şəhərin üç istiqamətində həyata keçirilib. Kampaniya çərçivəsində şəhərin Göygöl istiqamətində, Şəmkir yolu istiqamətində, Yevlax istiqamətində şam və çinar ağacları əkilib. Aksiya zamanı ərazilərə yeni, yerli iqlim şəraitinə uyğun tinglər də basdırılıb və əkilən ağaclar suvarılıb. Aksiyada Gəncə şəhərində fəaliyyət göstərən idarə, müəssisə, gənclər təşkilatları və cəmiyyətlər yaxından iştirak edib.
Həmçinin ərazilər alaq otlarından təmizlənib və əvvəllər basdırılmış tinglərə də aqrotexniki qulluq göstərilib. Cari ilin aprel ayından başladılan aksiya çərçivəsində kollektivlər tərəfindən gün ərzində parkın boş ərazilərində 500-dən çox müxtəlif növ həmişəyaşıl və dekorativ ağaclar əkilib.
Son xəbərlər
Son Xəbərlər