Elmar Vəliyev bayramla bağlı konfransda

elmar-veliyev-bayramla-bagli-konfransda
Oxunma sayı: 1240

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhərdə fəaliyyət göstərən Baş Konsullar, şəhər ziyalıları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ADAU-nun baş binasında “Azərbaycan Xalq Cümhuriyyətinin 98-ci ildönümünün tarixi və müasirliyi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Qafqazinfo” xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Elmar Vəliyev Şərqdə ilk demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışıb. Şəhər rəhbəri qeyd edib ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti çox şərəfli və mürəkkəb bir yol keçib, müsəlman Şərqində demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk Respublika olub. Hazırda AXC-nin yaranması tarixi Azərbaycanın milli bayramı-Respublika Günü kimi qeyd edilir. Bu tarix ölkəmizdə qeyri-iş günü elan olunub.

Daha sonra Azərbaycan Texnologiya Universitetinin Fəlsəfə və Tarix kafedrasının baş müəllimi Şahmar Həsənov “Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın tarixində yeri və rolu”, Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının müəllimi Samirə Qasımova “Müasir Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”, Gəncə Dövlət Universitetinin Azərbaycan Tarixi kafedrasının baş müəllimi Eldar Musa oğlu Mehdiyev “Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü” mövzuları ilə çıxış ediblər.