Elmar Vəliyev beynəlxalq konfransda- - Fotolar

elmar-veliyev-beynelxalq-konfransda-
Oxunma sayı: 1966


Beynəlxalq konfrans  Heydər Əliyev Mərkəzində ulu öndərin abidəsini ziyarətlə başlayıb. “Qafqazinfo”ya daxil olan məlumata görə, konfransda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları salamlayaraq Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edərək deyib ki, Azərbaycan tarixinin otuz ildən artıq bir dövrü dünya miqyaslı siyasətçi və dövlət xadimi Heydər Əliyevin fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır. Bugünkü qüdrətli Azərbaycan H.Əliyevin  xalqa məhəbbətinin, Vətən yolunda fədakarlığının parlaq nişanəsidir. Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti xalqa sədaqətlə xidmət etmək, onun yolunda hər cür məhrumiyyətlərə dözmək timsalına çevrilmişdir. 1993-cü ildən 2003-cü ilədək olan on il ərzində onun həyata keçirdiyi nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir.

Rabitə və Yüksək Texnologiyalar nazirinin müvini İltimas Məmmədov respublikada texnologiyanın inkişafı, elektron xidmətdən istifadə, İKT sahəsi üzrə yüksək ixtisaslı kadrların hazırlanması, əhalinin genişzolaqlı internetə çıxışı, nazirliyin nəzdində texnoparklara kadr hazırlığı sahəsində aparılan məqsədyönlü işlərdən danışıb.