“Qafqazinfo” ya daxil olan məlumata görə,görüşdə çıxış edən Elmar Vəliyev güclü qasırğa ilə müşayiət olunan leysan yağışlarının şəhərə böyük ziyan vurduğunu söyləyərək deyib ki,yüzlərlə evin dam örtüyü sıradan çıxmış, evləri, zirzəmiləri su basmış, yüzlərlə nəhəng ağac aşmış, çox sayda işıq dirəkləri, dayanacaqlar, zibil qabları,oturacaqlar, reklam lövhələri yararsız hala düşmüş, onlarla avtomaşına, eləcə də bir neçə insana xəsarət yetirib. Şəhər təsərrüfatına ciddi ziyan dəyib
Təbii fəlakətdən sonra dərhal şəhər icra hakimiyyətində qərargah yaradılmış, çıxılmaz vəziyyətdə qalmış vətəndaşlara təcili olaraq yardımlar edilmişdir. Baş vermiş fəlakətlə bağlı Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyevin rəhbərliyi ilə bir qrup mütəxəssis Gəncəyə ezam olunub. ki, onlar da hazırda vətəndaşlara dəymiş ziyanın müəyyənləşdirilərək sənədləşdirilməsi ilə məşğuldurlar. Bütövlükdə şəhər sakinlərindən 1000-dən artıq müraciət daxil olub. İcra başçısı dəymiş zərərin aradan qaldırılması üçün «Qaynar xətt»in fəaliyyət göstərdiyini bildirib. Təcili təmirə ehtiyacı olan 20-dək çoxmərtəbəli binanın, 30-dək fərdi evin dam örtüyünün dəyişdirilməsinə başlanılıb.
Son xəbərlər
Son Xəbərlər