Elmar Vəliyev gənclərlə görüşüb- - Fotolar

elmar-veliyev-genclerle-gorusub-
Oxunma sayı: 3249


“Qafqazinfo” xəbər verir ki, görüşdə gənclərin arzu və təklifləri dinlənilib və onların reallaşdırılması üçün müvafiq təşkilatlara tapşırıqlar verilib.

Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev gəncləri təbrik edib. Bildirib ki, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün hər cür şərait yaradılıb. Gənclərlə bağlı xeyli sayda qanunlar, hüquqi aktlar və dövlət proqramları qəbul olunub.

Gəncə şəhər Gənclər İdman baş idarəsinin rəisi Müşfiq Cəfərov, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev, Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Nigar Talıbova, Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Əli Tağıyev çıxış edərək, bütün gəncləri Gənclər günü münasibətilə təbrik edib, onları Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşməyə, həmrəy olmağa çağırıblar.

Tədbir çərçivəsində ictimai işlərdə xüsusi fəallıqları ilə seçilən gənclər Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif edilib.

Görüşün sonunda gənclərlə birlikdə xatirə şəkli çəkilib.