Elmar Vəliyev hesabat verdi

elmar-veliyev-hesabat-verdi
Oxunma sayı: 2908


 İH-dən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, iclasda geniş məruzə ilə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verərib. E. Vəliyev daha sonra deyib ki, şəhərdə başlanan abadlıq və quruculuq işləri yola saldığımız rüb ərzində də uğurla davam etdirilib. Belə ki, ümumdaxili məhsul istehsalı 159milyon manata çatıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çoxdur.Əhalinin pul gəlirləri də xeyli artıb. Şəhərdə fəaliyyət göstərən “Gəncə-Şərab-2”, “Elba”,Gəncə-Tekstil Məhdud Məsuliyyətli Cəmiyyət həmişə olduğu kimi ötən rüb ərzində də uğurlara imza atıblar.

Elmar Vəliyev şəhərdə həyata keçirilən abadlıq və quruculuq işlərinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artdığını söyləyib. 300 yaşayış binasının dam örtüyü və fasadı yenidən  qurulub, 70 ədəd çoxmərtəbəli binada liftlər yenisi ilə əvəz edilib. Bir çox küçələr genişləndirilib, şəhər Təhsil İdarəsi, Mərkəzi Bankın Gəncə şəhər filialı, Nizami rayon Polisİdarəsi üçün inzibati binalar inşa edilib. Bundan başqa, bir çox küçələrdə Gəncə memarlıq üslubuna uyğun olaraq, binaların fasad hissəsi kərpiclə təmir olunub, küçələrə gözəl görkəm verilib.

Şəhərdə ekologiyanın qorunması və eləcə də,  Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə “Ulu öndərin ad gününə kimi 91 min ağac əkək!” devizi altında keçirilən aksiya uğurla davam etdirilir.

Müşavirədə şəhər ictimai nəqliyyatının yenilənməsi, həmçinin işıq, qaz təsərrüfatında olan bəzi nöqsanların aradan qaldırılması üçün  müzakirələr aparılıb, bu sahələrdə işlərin kökündən yaxşılaşdırılması məqsədilə tapşırıqlar verilib.

YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev Heydər Əliyevin 91 illiyi ilə əlaqədar Gəncədə keçirilən möhtəşəm tədbirlər haqqında məlumat verib. Bildirib ki, silsilə tədbirlər sırasında Heydər Əliyevin irsinin öyrədilməsi ilə bağlı ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə YAP Gəncə şəhər Təşkilatının Qərargahında və Heydər Əliyev Mərkəzində dərslər keçirilir. Bu günə qədər 3703 nəfər şagird dərslərdə iştirak edib.

Müşavirədə iştirakçılar bir sıra arzu və təkliflər irəli sürüblər. Bununla bağlı aidiyyəti idarə və təşkilatların rəhbərlərinə tapşırıqlar verilib.