“Qafqazinfo”nun məlumatına görə, açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Rəmzi qırmızı lent kəsildikdən sonra GəncLand” istirahət və əyləncə mərkəzi ilə yaxından tanışlıq olub.
7 hektardan artıq sahəni əhatə edən “GəncLand” açıq havada inşa edilib.
İki il ərzində ərsəyə gələn “GəncLand” istirahət və əyləncə mərkəzində uşaqlar üçün amfiteatr da inşa olunub. Həftənin müxtəlif günlərində burada tamaşalar nümayiş olunacaq. Bundan başqa istirahət mərkəzi ərazisində 20 ədəd müxtəlif attraksion quraşdırılıb. Qərb bölgəsində ilk dəfə olaraq hündürlüyü 50 metr olan dairəvi karusel, eləcə də Amerikan attraksionu da əylənmək istəyənlər və adrenalin həvəskarlarının istifadəsinə verilib.
Son xəbərlər
Son Xəbərlər