Elmar Vəliyev mitinqdə- - Fotolar

elmar-veliyev-mitinqde-
Oxunma sayı: 2059


“Qafqazinfo”nun məlumatına görə, mitinqdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, hərbiçilər, ziyalılar, şəhid ailələri, müharibə və əmək veteranları,ictimaiyyətin nümayəndələri iştirak ediblər.     

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda    şəhid olanların  xatirəsi bir dəqiqəlik sükutla yad edilib və maşınlardan siqnal səsləri verilib. Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhidlərin ruhuna böyük ehtiram və hörmət ifadəsi olaraq, “Şəhidlər” Memorial Kompleksinin önünə  əklil qoyub. Hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında bildirib ki, 20 Yanvar faciəsindən 25 il ötür. Xalqımız 25 il ərzində çox rəşadətli və  şərəfli yol keçib. İllər, qərinələr ötəcək amma 20 Yanvar tariximizin şanlı səhifəsi olaraq, yaddaşımızda qalacaqdır. 1990-cı il yanvarın  20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığından və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçə və meydanlarına çıxaraq, buna qəti etirazlarını bildirən əli silahsız xalqa qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.