“Azərbaycan qadını ölkəmizin icimai-siyasi, iqtisadı və mədəni həyatında fəal iştirak etməklə taleyüklü məsələlərin həllinə sanballı töhfələr verib. Dövlət quruculuğunda onun yüksək ehtirama layiq adı müstəqillik ideyası ətrafında sıx birləşən xalqımızın və cəmiyyətimizin aparıcı qüvvəsi kimi hörmətlə çəkilib. Elmdə, təhsildə, səhiyyədə, eləcə də həyatımızın digər sahələrində qazandığı nailiyyətlər qadınlarımızın çox böyük inkişafından xəbər verir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri martın 7-də Gəncə Dövlət Dram Teatrının binasında 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən ümumşəhər tədbirində çıxış edən icra başçısı Elmar Vəliyev deyib.
Daha sonra AMEA-nın Gəncə bölməsinin akademik katibi, akademik Fuad Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, Azərbayca Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov, Milli Məclisin deputatı Naqif Həmzəyev çıxış edərək qadınları bayramları münasibətilə təbrik edib.
Sonra Gəncənin ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup qadına fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.


Son xəbərlər
Son Xəbərlər