Elmar Vəliyev qadınların sərgisinə qatıldı

elmar-veliyev-qadinlarin-sergisine-qatildi
Oxunma sayı: 1017


“Qafqazinfo” xəbər verir ki, “Dünya, Azərbaycan qadınlarının gözü ilə” adlı sərgi Gəncənin “Məhsəti Mərkəzi”ndə keçirilir.

Sərgidə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, kollektiv üzvləri, mədəniyyət və incəsənət işçiləri, sənət adamları iştirak edib və şəhər ictimaiyyəti iştirak edib. Sərgidə 23 qadın  rəssamın 120-dən artıq əsəri nümayiş olunur.

Çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev sərginin təşkilini və sərgilənən əsərləri yüksək qiymətləndirib. İcra başçısı bildirib ki, bu qəbildən olan tədbirlər “Məhsəti Mərkəzi” ilə yanaşı Gənənin digər muzeylərində də təşkil olunacaq. Məqsəd mədəniyyətimizi və incəsənətimizi təbliğ etmək, şəhərdə yaşayıb-yaradan istedadlı və bacarıqlı qadınları cəmiyyətə tanıtmaqdır.
Daha sonra sərgidə əsərləri nümayiş olunan 23 müəllifə hədiyyələr təqdim edilib. Səkkiz nəfər müəllifə isə Gəncə şəhərinin ictimai-mədəni həyatında və “Dünya, Azərbaycan qadınlarının gözü ilə” adlı qadın rəssamların yaradıcılıq sərgisində fəal iştirakına görə, Gəncə şəhər İcra Hakimiyyəti başçısının  “Fəxri Fərmanı” ilə təltif olunublar.