Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev növbəti dəfə vətəndaş qəbulu keçirib.
“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda Elmar Vəliyev, idarə və müəssisə rəhbərləri və 60 nəfərə yaxın vətəndaş iştirak edib. Qəbulda vətəndaşların təklif, müraciət və şikayətlərinə baxılıb.
Qəbulda əsasən Sadıllı qəsəbəsinə işləyən marşrut xəttinin uzadılması, torpaq sahəsi ilə təminat, qaz xəttinin çəkilməsi, su problemi, məşğulluğun təmin edilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinə dəstək, vətəndaşın açıq ürək əməliyyatının həyata keçirilməsinə maddi yardımın edilməsinə köməklik, və.s. məsələlər ilə bağlı problemlər səsləndirilib. İcra başçısı Elmar Vəliyev tərəfindən dinlənilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb.
Elmar Vəliyev vətəndaş qəbulunda sakinləri narahat edən problemlərin əksəriyyətinin adiyyatı olan qurumlar ilə araşdırılaraq öz həllini tapdığını bildirib.



Son xəbərlər
Son Xəbərlər