Elmar Vəliyev səfirlə görüşdü

elmar-veliyev-sefirle-gorusdu
Oxunma sayı: 1138


Görüş zamanı  İcra Hakimiyyətinin başçısı səfirə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin sənaye potensialı, qədim və zəngin mədəniyyəti, şəhərdə aparılan abadlıq-quruculuq işləri haqqında ətraflı məlumat verib. Azərbaycan-Çexiya əlaqələrinin gündən-günə möhkəmlənməsinin, dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin  hər iki ölkəyə layiqli töhvələr verdiyini vurğulayıb.

Çexiya səfiri bu görüşdən məmnunluq duyduğunu bildirməklə, Azərbaycan-Çexiya əməkdaşlığının tarixi əhəmiyyətindən, gələcək perspektivlərindən, Gəncə ilə Çexiyanın Olomouç şəhərləri arasında genişlənən  işgüzar münasibətlərdən danışıb.

Səfir Gəncənin qədim və tarixi abidələri ilə tanış olacaq. O, Nizami Gəncəvi Məqbərəsini ziyarət edəcək, Nizami Muzeyində, Heydər Əliyev Mərkəzində və Park- Kompleksində, Qala qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyində , Məhsəti Gəncəvi Mədəniyyət Mərkəzində olacaq.