“Qafqazinfo”ya daxil olan məlumata görə, 1988-ci ildə inşa edilmiş məktəb binası əsaslı təmir edilmədiyindən demək olar ki, qəzalı vəziyyətə düşmüşdü. Ölkə başçısının təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində bu tədris ocağı da tamamilə yenidən qurularaq ən müasir şəraitdə istifadəyə verilib. İndi 1075 nəfər şagird yerlik olan üçmərtəbəli məktəb binası öz simasını tanınmaz dərəcədə dəyişmiş, burada 40 sinif otağı, kitabxana, 2 idman zalı, akt zalı, kimya, fizika və gənclərin çağırışa qədərki hazırlığı kabinetləri, laboratoriyalar,psixoloq və tibb otağı yaradılıb.
Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək son iki ildə şəhərdə 31 məktəb, peşə liseyi və uşaq bağçasının tamamilə yenidən qurulduğunu qeyd etmiş və hazırda bu işin davam etdirildiyini diqqətə çatdırıb.
Son xəbərlər
Son Xəbərlər