Elmar Vəliyev səyyar qəbul keçirib- - Fotolar

elmar-veliyev-seyyar-qebul-kecirib-
Oxunma sayı: 2295


“Qafqazinfo”ya daxil olan məlumata görə, icra başçısı qəbula toplaşanları salamlayaraq şəhərdə aparılan genişmiqyaslı quruculuq işlərindən danışıb. Bildirib ki, bu günlərdə Heydər Əliyev prospektindəki 68, 70, 72, 74 nömrəli binalarda və onların ərazisində aparılan abadlıq işləri başa çatacaq.

Qarabağ müharibəsi iştirakçısı Seymur Əliyev, jurnalist Qəzənfər Mehdiyev, təqaüdçü Parpar Babayeva Gəncənin bu günü ilə fəxr etdiklərini, az müddətdə illərə bərabər quruculuq işlərinin görülməsini gəncəlilərə göstərilən böyük qayğıdan xəbər verdiyini bildiriblər.

İkinci qrup Qarabağ müharibəsi əlili İmamverdi Verdiyevin yaşadığı evin dam örtüyü ilə bağlı problemi yerindəcə həllini tapıb. Torpaq sahəsinin ayrılması üçün müraciətlər nəzarətə götürülüb. İşlə bağlı müraciətlər cavabsız qalmayıb.