“Qafqazinfo”ya daxil olan məlumata görə, hər 2 şəhərin qardaşlaşmasını nəzərdə tutan protokol imzalanıb. 3 günlük səfərin ilk günü Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə ilə görüşdə hər iki ölkə arasında siyasi münasibətlərin müsbət inkişafından məmnunluq ifadə edilərək ölkə başçıları arasında sıx təmasın buna xidmət etdiyi önə çəkilib. Təbriz şəhər bələdiyyəsinin başçısı Sadiq Nəcəfi ilə görüş zamanı isə Təbriz və Gəncə şəhərlərinin qardaşlaşması barədə protokol imzalanıb. Tarixi hadisə kimi qiymətləndirilən bu səfərin dini bir, dili bir olan şəhər sakinləri arasında əlaqələrin qurulmasına xidmət etdiyi qeyd edilib. Səfərin ikinci günü Təbriz Dövlət Universiteti ilə tanışlıqla başlayıb. Universitetin rektoru Məhəmmədhüseyn Somi 21 min tələbə və 750-ə yaxın professor-müəllim heyəti olan ali təhsil ocağı ilə Gəncə Dövlət Universiteti arasında tələbə-müəllim mübadiləsinin, elmi işlər üzrə birgə tədqiqatların aparılmasının önəminə toxunub. Görüşdə əlaqələrin gücləndirlməsini nəzərdə tutan işçi qrupun yaradılması barədə razılıq əldə edilib.
Son xəbərlər
Son Xəbərlər