“Qafqazinfo” xəbər verir ki, 100 nəfərədək sakini qəbul edən icra başçısı onların hər birini ayrıca dinləyərək arzu və təklifinə uyğun olaraq müvafiq göstərişlər verib. Qəbula gələnlər əsasən ev təmirinə köməklik göstərilməsi, torpaq sahəsinin ayrılması, işlə təminat və eləcə də qaz və lift təsərrüfatı ilə bağlı müraciətlərdən ibarət olub. Bir qrup şəhid ailəsi, həmçinin Qarabağ müharibəsi əlilləri maddi yardım üçün müraciətlər edib və onların istəkləri müsbət həll olunub.
Ümumiyyətlə, qəbula gələn vətəndaşların böyük əksəriyyətinin arzu və istəyi təmin edilib.
Son xəbərlər
Son Xəbərlər