“Qafqazinfo” xəbər verir ki, Gəncə şəhər Tağı Arani, İsaf Cəfərov və Dədə Qorqud küçələrinin sakinləri qəbulda iştirak edib. Qəbulda əsasən, iyun ayının 10-da Gəncədə baş verən təbii fəlakət zamanı evlərinə ziyan dəyən vətəndaşlar dinlənilib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev sakinləri tək-tək dinləyib və bildirib ki, artıq ziyan dəymiş 70 binanın dam örtüyü əsaslı şəkildə yenidən qurulub.
İcra başçısı səyyar qəbulda Tağı Aranı küşəsində salınması nəzərdə tutulan nümunəvi məhəllə və parkın layihəsini də əhaliyə təqdim edib.