Elmar Vəliyev yarımilin hesabatını verdi

elmar-veliyev-yarimilin-hesabatini-verdi
Oxunma sayı: 722

Gəncədə 2017-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

İcra Hakimiyyətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə hesabat yığıncağında 6 ayın statistik göstəricilərinə nəzər salınıb. Növbəti rüb ərzində görülməsi nəzərdə tutulan məsələlər müzakirə olunub.

İcra başçısı Elmar Vəliyev qeyd edib ki, 2017-ci ilin 6 ayında şəhər iqtisadiyyatının aparıcı sahəsi olan sənayedə dinamik inkişaf davam etməklə bu sahədə fəaliyyət göstərən dövlət, qeyri-dövlət müəssisələri tərəfindən 168 milyon 736 min manatlıq sənaye məhsulu istehsal olunub. Bu dövrdə sahibkarlıq subyektləri tərəfindən istehsal olunan məhsulun həcmi ümumi sənaye məhsulunun 70,1 faizini təşkil etmiş, ümumi istehsalın 92,2 faizi sənaye mallarının istehsalı, 7,8 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaranıb.
 

 
2017-ci ilin birinci yarısında Telekommunikasiya İdarəsi rabitə şəbəkəsini genişləndirərək, yeni 707 ədəd telefon çəkilib və əsas telefon aparatlarının sayı 56 min 740 nömrəyə çatıb ki, bu da ümumi montaj tutumunun 63,9 faizini təşkil edir.
 
Hesabat yığəncağından sonra jurnalistlərin suallarını cavablandıran Elmar Vəliyev vurğulayıb ki, şəhərdə çox böyük abadlıq və quqruculuq işləri davam etdirilir. Gəncədə kanalizasiya, su və yağış suları ötürücülərinin lahiyəsi yüksək sürətlə həyata keçirilir. III tranş yaxın iki ay ərzində başa çatmalıdır. IV tranş əsasən şəhərin mərkəzi hissələrini əhatə edəcək və müddəti 30 aydır. Bundan sonra beçinci layihə gəlir. 2019-cu ilin sonuna kimi Gəncə şəhərində mövcud olan 1100-ə yaxın küçənin su və kanalizasiya sistemi şəhər əhalisinin istifadəsinə veriləcək. Əhali 24 saat Gəncənin ətrafında olan dağların bulaq sularından səmərəli şəkildə istifadə edəcəklər.