Elmar Vəliyevdən 6 ayın hesabatı

elmar-veliyevden-6-ayin-hesabati
Oxunma sayı: 1413


“Qafqazinfo” xəbər verir ki, bu gün “2014-cü ilin birinci yarısında Gəncə şəhərinin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələr haqqında” Gəncə Şəhər İcra Hakimiyyəti başçısının hesabatı olub.

Şəhər fəallarının iştirakı ilə keçirilən toplantıda çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 2014-cü ilin birinci yarısında şəhərdə istehsal edilmiş ümumi məhsul buraxılışının əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artdığını, müqayisəli qiymətlərdə 285,3 milyon manatlıq məhsul istehsal olunduğunu bildirib. 

2014-cü ilin birinci yarısında şəhər iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 313,2 manat, 2013-cü ilin müvafiq dövründə isə 295,8 manat təşkil etməklə 5,9 faiz artıb.

Tədbirdə müzakirə olunan məsələlərlə əlaqədar müvafiq təşkilatlara tapşırıqlar verilib.