“Elməddin Vosmoyski”yə hökm oxundu

elmeddin-vosmoyskiye-hokm-oxundu
Oxunma sayı: 1035

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə və narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elməddin Fərzəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Elməddin Fərzəliyevə ittiham olunduğu 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi üzrə bəraət verilib. 

Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək 2 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E.Fərzəliyev "Neftçilər” metrostansiyası yaxınlığındakı kafedə Qurbanəli Səfərovdan 1000 manat pul tələb edib, 400 manat almaqda ittiham edilib.

Onu da qeyd edəki, Elməddin Fərzəliyev kriminal aləmdə "Elməddin Vosmoyski" kimi tanınır. 

Murad Əhməd