BDU-nun Mətbuat və İnformasiya şöbəsindən “Qafqazinfo” ya daxil olan məlumata görə, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov respublikamızda təhsilə yüksək dövlət qayğısından, bu sahənin dinamik inkişafından söz açıb. Rektor bildirib ki, elmin inkişafını xalqın gələcəyini təyin edən əsas amillərdən biri hesab edən prezident İlham Əliyev bu sahəyə çox yüksək diqqət və qayğı göstərir. Bu uğurlu siyasətin BDU-ya da dəyərli töhfə verdiyi, Azərbaycanın beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına zəmin yaratdığı qeyd olunub.
Tədbirdə Quba Tədris təcrübə və istirahət mərkəzi haqqında ətraflı məlumat verilib. Mərkəz 2013-cü il sentyabrın 18-də Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə açılıb. Eyni zamanda 400 nəfər üçün nəzərdə tutulan mərkəzdə universitetdə təhsil alan tələbələr üçün müxtəlif tədris təcrübələri keçmək, eləcə də müəllim və tələbələrin istirahəti üçün hər cür şərait yaradılıb.
Elmi Şuranın iclasında elmi adların verilməsi, yay semestrinin təşkili, yay imtahan sessiyasında iştirak edən əlaqələndiricilərə mükafatların verilməsi, tədris planlarının təsdiqi, AMEA-nın yeni seçilmiş həqiqi və müxbir üzvlərinin, o cümlədən yubilyarların təbrik edilməsi, həmçinin ilin nəticələrinə görə seçilənlərin mükafatlandırması kimi məsələlərə baxılıb.
Son xəbərlər
Son Xəbərlər